Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər çərçivəsində fevralın 5-6-da Gürcüstanın baş naziri Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə təkbətək və geniş tərkibdə görüşəcək. İrakli Kobaxidzeni Prezident sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.
Gürcüstanın Baş naziri Qazaxıstan Respublikasına baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, təhsil, elm və gənclər naziri Aleksandre Tsuladze, idman naziri Şalva Qoqoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjolinin də daxil olduğu nümayəndə heyəti ilə səfər edib.