İrakli Kobaxidze Qazaxıstan Respublikasının yeni təyin olunmuş səfiri ilə görüşüb

15:17, 10.11.2026

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qazaxıstan Respublikasının yeni təyin olunmuş səfiri Talqat Aduov ilə görüşüb.

Gürcüstan Hökumət Administrasiyasının məlumatına əsasən, tanışlıq xarakteri daşıyan görüşdə hökumət başçısı diplomatı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

“Baş nazir görüşdə qeyd edib ki, Gürcüstan Mərkəzi Asiyada ən mühüm strateji tərəfdaşlardan biri kimi Qazaxıstanla sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Orta Dəhlizin inkişaf perspektivləri və nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsindən söz gedib” – məlumatda deyilir.

Oxşar