İrakli Kobaxidze - Qazaxıstan Prezidenti ilə Gürcüstan və Qazaxıstan arasında çoxşaxəli tərəfdaşlıq məsələləri ilə bağlı səmərəli görüşüm oldu
İrakli Kobaxidze - Qazaxıstan Prezidenti ilə Gürcüstan və Qazaxıstan arasında çoxşaxəli tərəfdaşlıq məsələləri ilə bağlı səmərəli görüşüm oldu

 
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə Gürcüstan və Qazaxıstan Respublikası arasında çoxşaxəli tərəfdaşlıq məsələləri ilə bağlı səmərəli görüşüm oldu – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədə yazır.

Hökumət başçısı qeyd edir ki, Gürcüstanın Qazaxıstan Respublikası ilə sıx əməkdaşlığı regionda və onun hüdudlarından kənarda davamlı inkişafı və sabitliyi təmin etmək üçün vacibdir.

“Bizi ümumi maraqların birləşdirdiyi bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlik Qazaxıstanın marağına görə minnətdaram. Gürcüstanın Qazaxıstan Respublikası ilə sıx əməkdaşlığı regionda və onun hüdudlarından kənarda davamlı inkişafı və sabitliyi təmin etmək üçün vacibdir” – bəyanatda qeyd olunub.