İrakli Kobaxidze - Qaxaria nə istədiyini bilmir, həm qaçıb, həm də ölkəyə qayıtmaq istəyir, seçkilərdə iştirak etmək istəyir, həm də istəmir, bu insanı da və bütün müxalifəti də sahibləri bu vəziyyətə gətirib çıxarıblar

Qaxarianın özü nə istədiyini bilmir, bütün müxalifət, o cümlədən onun siyasi partiyası da və Qaxarianın özü də tam qeyri-müəyyənlik içindədirlər, sahibləri bu vəziyyətə gətirib çıxarıblar – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qiorqi Qaxaria və onun planları ilə bağlı jurnalistin sualına cavabında deyib.

Kobaxidze bildirib ki, bütün bunlarda “radikal müxalifətin sahiblərinin” xüsusi töhfəsi var.

“Qaxarianın özü nə istədiyini bilmir. Həm qaçıb, həm də ölkəyə qayıtmaq istəyir, həm də istəmir. Seçkilərdə iştirak etmək istəyir, həm də istəmir, çünki şansları da kifayət qədər zəifləyib. Bundan irəli gələrək, bütün müxalifət, o cümlədən bu siyasi partiya da və bu insan da tam qeyri-müəyyənlik içindədirlər, sahibləri bu vəziyyətə gətirib çıxarıblar. Əlbətdə, biz də kömək etdik, lakin ilk növbədə bütün bunlarda radikal müxalifətin sahiblərinin xüsusi töhfəsi var” – baş nazir bildirib.