İrakli Kobaxidze - Polislərə qarşı zorakılığı təşviq edənlər dövləti və polisi dağıtmaq istəyirlər
İrakli Kobaxidze - Polislərə qarşı zorakılığı təşviq edənlər dövləti və polisi dağıtmaq istəyirlər

 
Bir insan polisi təhqir edəndə dövləti qorumaq üçün ən sərt tədbirlər görülməlidir, polis dövləti təmsil edir, polisə və polis əməkdaşına əl qaldırılması mümkün qədər sərt şəkildə cəzalandırılmalıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Yerevanda gürcü jurnalistlərə deyib.

Hökumət başçısının qeyd etdiyi kimi, polislərə qarşı zorakılığı təşviq edənlər dövləti və polisi dağıtmaq istəyirlər.

“Həddən artıq güc, vəzifə səlahiyyətini aşma ilə əlaqədar istintaqın aparılacağı hallar var. Bilirsiniz ki, maskalar var idi, müvafiq olaraq konkret cinayətləri müəyyən etmək çətindir və s. Lakin, bu halda söhbət konkret şəxsin kameralar qarşısında açıq şəkildə törətdiyi cinayətdən gedir. Yəni, bu cinayət tamamilə aydındır. Mütənasibliyə gəlincə, xatırladaq ki, hələlik cəza belə verilməyib, ilkin həbsdir. Hər kəsə demək istəyirəm ki, bu profilaktika üçün də əhəmiyyət kəsb edir, bir hüquqşünas kimi deyirəm ki, bir insan polisi təhqir edəndə dövləti qorumaq üçün ən sərt tədbirlər görülməlidir, polis dövləti təmsil edir, polisə və polis əməkdaşına əl qaldırılması mümkün qədər sərt şəkildə cəzalandırılmalıdır. Bu, hüquq-mühafizə strukturlarının istifadə etdiyi yanaşmadır və belə də davam etməlidir. Polislərə qarşı bu cür zorakılığı təşviq edənlər, bu insanların məqsədi nədir? Dövləti, polisi dağıtmaq istəyirlər. Bunu əvvəllər Qaxarianın əli ilə, başqa formada edirdilər və indi bu cür təxribatlarla bizim polisi zəiflətməyə çalışırlar. Əlbəttə, biz nə səfirlərə, nə məmurlara, nə radikal müxalifətə, nə də xaricdən bu cür təxribatları təşkil etmək üçün maliyyələşən “QHT-lərə” bunun üçün icazə verməyəcəyik” – baş nazir Mzia Amağlobeli ilə bağlı suala cavab olaraq deyib.