İrakli Kobaxidze - polis qəhrəmandır, yanğınsöndürən qəhrəmandır, onların hər birinin əməyinə, qəhrəmanlığına xüsusi ehtiram göstərmək bizim borcumuzdur
Polis qəhrəmandır, yanğınsöndürən qəhrəmandır və onların hər birinin əməyinə, qəhrəmanlığına xüsusi ehtiram göstərmək bizim borcumuzdur. – Bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini və nazirliyin bütün əməkdaşlarını Polis Günü münasibətilə təbrik edib.
“Hər bir polisi, hər bir işçini bu gün münasibətilə təbrik etmək istəyirəm. Polis qəhrəmandır, yanğınsöndürən qəhrəmandır və təbii ki, onların hər birinin əməyinə, qəhrəmanlığına xüsusi ehtiram göstərmək bizim borcumuzdur. Mən bir daha daxili işlər nazirini və hər bir əməkdaşımızı bu gün münasibətilə təbrik etmək istəyirəm”, – deyə baş nazir bildirib.