İrakli Kobaxidze – Peter Madyarı və onun partiyasını parlament seçkilərində qələbə münasibətilə təbrik edirəm, Viktor Orbana və onun komandasına isə illər ərzində Gürcüstana göstərdikləri möhkəm dəstəyə görə təşəkkür edirəm

Gürcüstanın baş naziri İrakli Kobaxidze Peter Madyarı və onun partiyasını Macarıstanın parlament seçkilərində qələbə münasibətilə təbrik edir.

Hökumət başçısının sözlərinə görə, Gürcüstan və Macarıstanı dostluq və tərəfdaşlığın uzunmüddətli tarixi birləşdirir və bu, mütləq davam edəcək.

“Gürcü xalqı və Gürcüstan hökuməti adından Peter Madyarı və onun partiyasını Macarıstanın parlament seçkilərində qələbə münasibətilə təbrik edirəm.

Viktor Orbana və onun komandasına illər ərzində Gürcüstanın milli maraqlarına və gürcü xalqına göstərdikləri xüsusi, möhkəm dəstəyə görə təşəkkür edirəm.

Gürcüstan və Macarıstanı dostluq və tərəfdaşlığın uzunmüddətli tarixi birləşdirir və bu, mütləq davam edəcək”, – deyə baş nazir qeyd edir.