İrakli Kobaxidze - Pasiyentlərin ümumi səhiyyə proqramından istifadə etməyə davam etmək və ya proqramdan çıxmadan müştərək ödəniş adı ilə bilinən mexanizmdən faydalanmaq imkanı olacaq
İrakli Kobaxidze - Pasiyentlərin ümumi səhiyyə proqramından istifadə etməyə davam etmək və ya proqramdan çıxmadan müştərək ödəniş adı ilə bilinən mexanizmdən faydalanmaq imkanı olacaq

 
Məqsədi pasiyentlərin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq olacaq mühüm qərar qəbul etmişik. Xüsusilə, pasiyentin ümumi səhiyyə proqramı ilə nəzərdə tutulmuş, standart yüksək keyfiyyətli xidmətdən faydalanmağa davam etmək və ya ümumi səhiyyə proqramından çıxmadan müştərək ödəniş adı ilə bilinən yeni mexanizmdən faydalanmaq imkanı arasında seçim etmək imkanı olacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

Baş nazir bildirib ki, pasiyent tam məbləğ çərçivəsində proqram maliyyəsini alacaq, əlavə olaraq isə o, öz seçimi ilə yalnız dırnaqarası VIP xidmətin haqqını ödəyəcək.

“Bizim səhiyyə sahəsində mühüm təşəbbüslərimiz var. Məqsədi pasiyentlərin tibbi xidmətlərə çıxışını yaxşılaşdırmaq olacaq mühüm qərar qəbul etmişik. Həmçinin, tibb işçiləri və klinikalar üçün əmək haqqının daha ədalətli şərtlərinin müəyyən edilməsi. Səhiyyə nazirinə bu təklifi hazırladığı üçün çox təşəkkür edirəm. Xüsusilə, pasiyentin ümumi səhiyyə proqramı ilə nəzərdə tutulmuş, standart yüksək keyfiyyətli xidmətdən faydalanmağa davam etmək və ya ümumi səhiyyə proqramından çıxmadan müştərək ödəniş adı ilə bilinən yeni mexanizmdən faydalanmaq imkanı arasında seçim etmək imkanı olacaq. Bu zaman tam məbləğ çərçivəsində proqram maliyyəsini alacaq, əlavə olaraq isə o, öz seçimi ilə yalnız dırnaqarası VIP xidmətin haqqını ödəyəcək, bu da götürülmüş həkimi, tibb bacısını, seçilmiş palatanı, istehlak materialları və s.-ni nəzərdə tuta bilər. Bu yanaşma, bir tərəfdən, pasiyentin maddi vəziyyətinə müsbət təsir göstərəcək, çünki artıq minlərlə vətəndaş fərqli tibbi xidmət görmək istədiyi üçün ümumi səhiyyə proqramını tərk etməli olmayacaq, bu mövcud tənzimləmələr şəraitində imkansız idi. Digər tərəfdən, bu, öz istəyinə uyğun olaraq seçilmiş həkimin, tibb bacısının iştirakı və ya arzu olunan istehlak materiallarından istifadə ilə zəruri tibbi manipulyasiyaların həyata keçirilməsinə təkmil çıxışı təmin edir” – baş nazir bildirib.

Hökumət başçısı deyib ki, nazirin əmri ilə xidmət üzrə müştərək ödəniş şərtləri, o cümlədən hər bir xidmət növü üzrə təklifin limitləri müəyyən ediləcək.

“Qərara əsasən, nazirin əmri ilə xidmət üzrə müştərək ödəniş şərtləri, o cümlədən hər bir xidmət növü üzrə təklifin limitləri müəyyən ediləcək. Həmçinin, xidmətin ödəniş metodunu seçərkən istifadəçinin öz iradəsini sərbəst ifadə etməsinin məhdudlaşdırılmasını istisna edən digər hallar. Nazir bu ilin sonuna kimi belə halları və şərtləri müəyyən edəcək, bu gələcəkdə də tibb sektoru ilə fəal və intensiv məsləhətləşmələr yoluyla davam etdiriləcək. Yəni məsələ DRG adı ilə bilinən sistemə yenidən baxılması və müvafiq qaydaların yumşaldılmasına aiddir, bu da həm pasiyentlərin vəziyyətinə, həm də müvafiq klinikaların maraqlarına müsbət təsir edəcək” – baş nazir bildirib.