İrakli Kobaxidze - parlament qətnaməsi sübut etdi ki, baş nazirin bəyanatının da əsaslandığı siyasətimiz, dəyişməzdir
İrakli Kobaxidze - parlament qətnaməsi sübut etdi ki, baş nazirin bəyanatının da əsaslandığı siyasətimiz, dəyişməzdir

Bu gün Parlament tərəfindən təsdiq olunan qətnamə bir daha sübut etdi ki, baş nazirin bəyanatının da əsaslandığı siyasətimiz, prioritetlərimiz, prinsiplərimiz və dəyərlərimiz dəyişməzdir, – bu barədə Parlamentin sədri, İrakli Kobaxidze Arçil Tatunaşvili barəsində Parlament tərəfindən qətnamənin qəbul edilməsindən sonra keçirilən mətbuat konfransında bəyan etdi.

“Bir neçə gün öncə, Gürcüstanın baş naziri bəyanat yaydı ki, Rusiya-Gürcüstan münaqişəsinin nizamlanması ilə bağlı Rusiya ilə dialoqa hazırdır. O cümlədən Cenevrə formatının fəallaşmasına. Abxaz və osetinlərlə əalqələrin dərinləşdirilməsi hazırlığı da ifadə olundu.

Gürcüstan Parlamenti tərəfindən qəbul olunan qətnamə məhz elə bunlara xidmət edir”, – İrakli Kobaxidze bəyan etdi.

Gürcüstan Parlamentinin sədrinin bəyan etdiyinə görə, Giorgi Kvirikaşvilinin bəyanatı opponentlər tərəfindən düzgün olmayan interpretasiya və siyasi spekulasiyalara səbəb oldu.

 

İrakli Kobaxidze dediyinə görə, Parlament tərəfindən təsdiq olunan qətnamə Rusiya ilə münasibətdə Gürcüstan hakimiyyətinin praqmtik siyasətinin bir daha ifadəsidir. Elə onun dediyinə görə, Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətdə çox kəskin qırmızı xəttləri var.

Gürcüstan Parlamentinin sədri qətnaməni dəstəkləyən deputatlara, təşəkkürünü bildirdi.