İrakli Kobaxidze Paris Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək
İrakli Kobaxidze Paris Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze Parisdə Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Baş nazir baş nazirin müavini, mədəniyyət və idman naziri Tea Tsulukiani ilə birlikdə Fransa paytaxtındadır.

Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı 10 idman növü üzrə mübarizə aparacaq. Gürcüstan tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarında qadın və kişilərdən ibarət qarışıq cüdo komandası mübarizə aparacaq.

Gürcüstan hökumətinin qərarına əsasən, hər olimpiya çempionu bir milyon lari, gümüş mükafatçı yarım milyon lari, bürünc mükafatçı isə 250 min lari alacaq.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.