İrakli Kobaxidze - Özəl sektorda analıq məzuniyyəti məsələsi tənzimlənməyə ehtiyac duyur və biz bu məsələni özəl sektorun iştirakı ilə fəal şəkildə müzakirə etməyə hazırıq
İrakli Kobaxidze - Özəl sektorda analıq məzuniyyəti məsələsi tənzimlənməyə ehtiyac duyur və biz bu məsələni özəl sektorun iştirakı ilə fəal şəkildə müzakirə etməyə hazırıq

 

Düşünürəm ki, özəl sektorda analıq məzuniyyəti məsələsi daha yaxşı tənzimlənməyə ehtiyac duyur və biz bu məsələni özəl sektorun iştirakı ilə fəal şəkildə müzakirə etməyə hazırıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə çıxışı zamanı deyib.

Hökumət başçısı bildirib ki, maksimal şəkildə balanslı qərar qəbul etmək üçün bu hissədə özəl sektorun iştirakı da zəruri olacaq.

“Biz bir tərəfdən demoqrafik tendensiyaların yaxşılaşmasına kömək edəcək və digər tərəfdən özəl sektora çox yük olmayacaq maksimal şəkildə balanslı qərar qəbul etməliyik, lakin bu istiqamətdə müvafiq tədbirlərin görülməsi vacibdir” – Kobaxidze bildirib.