İrakli Kobaxidze - Özbəkistanın baş naziri ilə səmərəli görüşüm oldu, biz əsas sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğumuzu bildirdik
Özbəkistana səfərim zamanı Özbəkistanın Baş naziri cənab Abdulla Aripov ilə səmərəli görüşüm oldu. – Gürcüstanın baş naziri İrakli Kobaxidze bu barədə X-də yazır.
Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan və Özbəkistan arasında uğurlu tərəfdaşlıq təkcə inkişafa və sabitliyə kömək etmir, həm də müxtəlif sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirir.
“Özbəkistana səfərim zamanı Özbəkistanın Baş naziri cənab Abdulla Aripov ilə səmərəli görüşüm oldu. Biz hökumətlər arasında əlaqələrin möhkəmləndirilməsində əldə edilmiş mühüm irəliləyişləri vurğuladıq və əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğumuzu bir daha təsdiq etdik. Bizim uğurlu tərəfdaşlığımız inkişafa və sabitliyə təkan verməklə yanaşı, müxtəlif sahələrdə qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirir. Biz hər iki ölkə üçün davamlı iqtisadi artım, sabitlik və rifahı təmin etmək üçün əsas sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğumuzu bildirdik”. – Baş nazir qeyd edir.