İrakli Kobaxidze Özbəkistan Respublikasının Müstəqillik abidəsi önünə əklil qoyub
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Respublikasının Müstəqillik abidəsi önünə əklil qoyub.
Gürcüstan hökumətinin başçısı Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və nümayəndə heyəti ilə birlikdə Özbəkistanın Müstəqillik abidəsində olub.
İrakli Kobaxidze Özbəkistana iki günlük rəsmi səfərə gedib, səfər çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirzioyev, baş nazir Abdulla Aripov, eləcə də Ali Məclisin Qanunvericilik Palatasının sədri və Senatın sədri ilə görüşlər keçiriləcək.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyası yayır.