Gürcüstanın Baş naziri İrakli Kobaxidze Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.
Gürcüstan hökumətinin məlumatına görə, görüşdə Gürcüstan və Özbəkistan arasında mövcud olan siyasi və iqtisadi əlaqələrin inkişafının müsbət dinamikası, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Eyni zamanda bildirilib ki, Gürcüstan regionda əlaqələndirici rol oynayır.
Baş nazir Özbəkistan prezidentini və onun nümayəndə heyətini 22-23 oktyabr tarixlərində keçiriləcək Tbilisi İpək Yolu Forumuna dəvət edib.