İrakli Kobaxidze - Ordu düşərgəsi çox mühüm layihədir, əgər bu gün biz müstəqil, suveren dövlətiksə, bu, ilk növbədə, gürcü əsgərinin, gürcü ordusunun qəhrəmanlığının sayəsindədir
Əgər bu gün biz müstəqil və suveren dövlətiksə, bu, ilk növbədə, gürcü əsgərinin və gürcü ordusunun qəhrəmanlığının sayəsindədir, biz buna xüsusi hörmətlə yanaşmalıyıq – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kocoridə ordu düşərgəsinin açılışında deyib.
“Ordumuz ölkəmizin kimliyinin ən əsas atributlarından biridir. Dövlətçiliyimiz 23 əsr əvvəl qurulub və o vaxtdan bəri ölkəmiz və gürcü ordusunun tarixi bir-birindən ayrılmaz şəkildə bağlıdır. Hər dəfə vətənimizin, ölkəmizin ehtiyacı olduqda, ilk olaraq, məhz gürcü əsgəri bizim milli maraqlarımızın və müstəqilliyimizin keşiyində dayanıb. Bu, Gürcüstanın dövlət müstəqilliyini bərpa etdiyi son illərdə də davam edir.
Bu 35 il ərzində gürcü ordusu üç müharibədən keçdi. Bu qeyri-bərabər müharibələr idi, lakin hər üç halda gürcü ordusu və gürcü əsgəri qəhrəmanlığın ən yüksək nümunəsini göstərdi. Əgər bu gün biz müstəqil və suveren dövlətiksə, bu, ilk növbədə, gürcü əsgərinin və gürcü ordusunun qəhrəmanlığının sayəsindədir. Biz buna xüsusi hörmətlə yanaşmalıyıq. Gürcü cəmiyyəti bunu yüksək qiymətləndirir və bütün tədqiqatlarla təsdiqlənir ki, Ortodoks Kilsəsindən sonra, gürcü ordusu cəmiyyətin etimadı baxımından birinci yerdədir. Bu, gürcü ordusunun bu çox əsrlər və son illər ərzində artıq çoxillik fəaliyyəti ilə, öz qəhrəmanlığı ilə, əsgərlərin qəhrəmanlığı ilə qazandığı etimaddır. Bu, xüsusilə hörmət etməli və diqqət etməli olduğumuz bir şeydir” – baş nazir qeyd edib.