İrakli Kobaxidze - Ölkəmizdə inqilabın təşkil edilməsinin dörd uğursuz cəhdi oldu, o cümlədən Amerika maliyyəsi də aşkar idi, Tramp administrasiyası tərəfindən bunun nəzərdən keçirilməsi əhəmiyyətlidir
Üç il ərzində ölkəmizdə inqilabın təşkil edilməsinin dörd uğursuz cəhdi oldu. Dörd halın hamısında, Amerika maliyyəsi də daxil olmaqla, xarici maliyyə aşkar idi. Əlbəttə, Tramp administrasiyası tərəfindən bunun nəzərdən keçirilməsi əhəmiyyətlidir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə jurnalistin sualına cavab olaraq deyib.
Jurnalist Donald Tramp tərəfindən ABŞ-ın bütün xarici yardım proqramlarının 90 gün müddətinə dayandırılması ilə bağlı Kobaxidzeyə sual verib.
Kobaxidzenin qeyd etdiyi kimi, Donald Trampın bu qərarını təqdir edir.
“Biz bütün bu müddət ərzində, xüsusən də şəffaflıq haqqında qanunun təşəbbüskarı olduğumuz vaxtdan nəinki xaricdən ölkəmizə daxil olan müəyyən vəsaitlərin yersiz xərclənməsindən, hətta çox vaxt bu vəsaitlərin birbaşa inqilabi proseslərin maliyyələşdirilməsinə yönəldilməsindən danışırdıq, bu da olduqca açıq-aydındır. Gördünüz ki, üç il ərzində ölkəmizdə inqilabın təşkil edilməsinin dörd uğursuz cəhdi oldu. Dörd halın hamısında, Amerika maliyyəsi də daxil olmaqla, xarici maliyyə aşkar idi. Əlbəttə, Tramp administrasiyası tərəfindən bunun nəzərdən keçirilməsi əhəmiyyətlidir.
Həmçinin, şəffaflıq haqqında qanun ətrafında müzakirəni xatırlayırsınız. O vaxtlar bizə deyirdilər ki, məsələn, Rusiya ilə Qərb arasında fərq qoymuruq. Biz sadə bir şey deyirdik – kimin haradan ölkənin maraqlarına qarşı çıxmasının fərqi yoxdur. Əgər Amerikanın pulu ölkədə yanlış prosesləri inkişaf etdirmək üçün istifadə olunursa, əlbətdə, ölkə burada da öz milli maraqlarını qorumalıdır, necə ki, eyni şey Rusiya tərəfdən baş verir. Heç bir fərq yoxdur, ölkənin suverenliyi var və suverenliyi hamıya münasibətdə qorunmalıdır. Bunu prezident Trampın müvafiq qərarı çox gözəl nümayiş etdirdi. Məlum oldu ki, Amerika pulları çox vaxt konkret ölkələrin suverenliyinə xələl gətirməyə yönəlmiş yanlış prosesləri maliyyələşdirmək üçün istifadə olunurdu. Dediklərimizi və buna görə məsələn, Rusiya ilə Amerikanı eyni səviyyəyə qoyduğumuz üçün bizə münasibətdə olan tənqidlər, müzakirəmizin düzgünlüyünü prezident Tramp administrasiyasının və şəxsən prezidentin qərarı təsdiqlədi” – İrakli Kobaxidze bildirib.