İrakli Kobaxidze - Ölkədə turistlərin sayı 11 milyona çatmalıdır, planımıza əsasən, 2028-ci il üçün turizmdən əldə olunan gəlirlər 6,4 milyard dollara çatacaq
Qarşıda duran vəzifə iddialıdır, ölkədə turistlərin sayı 11 milyona çatmalıdır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında deyib.
İrakli Kobaxidze bildirib ki, ötən illər ərzində ölkə turizm sektorunda böyük irəliləyiş əldə edib və bu nəticəyə mütləq nail olunacaq.
“Ötən illər ərzində turizm sahəsində çox böyük irəliləyiş əldə etmişik və burada da qarşıda duran vəzifə iddialıdır. Turistlərin sayı 11 milyona çatmalıdır. Proseslər indi davam etdiyi kimi davam etsə və mütləq davam edəcək, bu nəticəyə mütləq nail olunacaq. Turizmdən gələn gəlirlərə gəlincə, planımıza əsasən, 2028-ci il üçün turizmdən əldə olunan gəlirlər 6,4 milyard dollara çatacaq” – İrakli Kobaxidze qeyd edib.