İrakli Kobaxidze – ölkə xaricindən Azərbaycanda siyasət maliyyələşdirilməməlidir və məhz bu ideyaya xidmət edir parlamentdə təşəbbüs edilən qanun layihələri paketi.
Ölkə xaricindən Azərbaycanda siyasət maliyyələşdirilməməlidir və məhz bu ideyaya xidmət edir parlamentdə təşəbbüs edilən qanun layihələri paketi, – bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze “Qrantlar haqqında” qanuna dəyişikliklərlə bağlı sualı cavablandırarkən bildirib.
Hökumət başçısının sözlərinə görə, bir çox məqamların dəqiqləşdirilməsi vacib və zəruri idi.
“Müəyyən şəxslər mövcud qanunvericilikdə boşluqlar tapmağa və bu yolla Gürcüstanda siyasi proseslərin maliyyələşdirilməsinə çalışırlar. Təbii ki, ölkə xaricindən Gürcüstanda siyasət maliyyələşdirilməməlidir və məhz bu ideyaya xidmət edir parlamentdə təşəbbüs edilən və Gürcüstan parlamenti tərəfindən qəbul ediləcək qanun layihələri paketi”, – deyə İrakli Kobaxidze bildirib.