İrakli Kobaxidze - Ödənişli təcrübə proqramına artıq 18 800-dən çox məzun müraciət edib, əminəm ki, bu layihə bu il daha da böyük uğurla həyata keçiriləcək
Ödənişli təcrübə proqramına artıq 18 800-dən çox məzun müraciət edib, əminəm ki, bu layihə bu il daha da böyük uğurla həyata keçiriləcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, məzunlar üçün ödənişli təcrübə layihəsi ötən il pilot rejimdə uğurla həyata keçirilib.
“Ödənişli təcrübə proqramı elan edilib. Ümumilikdə 3147 vakant yer elan olunub və maraq çox yüksəkdir. Artıq 18 800-dən çox məzun müraciət edib. Əminəm ki, bu layihə bu il daha da böyük uğurla həyata keçiriləcək. Hər bir təcrübəçiyə uğurlar arzulamaq istəyirəm” – İrakli Kobaxidze bildirib.