İrakli Kobaxidze - Nikol Paşinyanla görüşdə strateji tərəfdaşlığımız, eləcə də mühüm regional və qlobal məsələlər ətrafında hərtərəfli müzakirə baş tutdu
İrakli Kobaxidze - Nikol Paşinyanla görüşdə strateji tərəfdaşlığımız, eləcə də mühüm regional və qlobal məsələlər ətrafında hərtərəfli müzakirə baş tutdu

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə X sosial şəbəkəsində münasibət bildirir.

Baş nazirin qeyd etdiyi kimi, strateji tərəfdaşlıq, eləcə də mühüm regional və qlobal məsələlər ətrafında hərtərəfli müzakirə baş tutub.

“Ermənistan Respublikasına səfərim çərçivəsində erməni həmkarım Nikol Paşinyanla görüşmək şərəfinə nail oldum. Strateji tərəfdaşlığımız, eləcə də mühüm regional və qlobal məsələlər ətrafında hərtərəfli müzakirə baş tutdu.

Gürcüstan və Ermənistan arasında möhkəm əlaqələr həlledici əhəmiyyət kəsb edir və mən ümumi maraq doğuran sahələrdə əməkdaşlığımızı daha da gücləndirmək ideyasına qətiyyətlə sadiqəm.

Əminəm ki, səylərimizlə regionumuzda sülh və sabitliyi təmin edə biləcəyik, bu da ölkələrimizin inkişafı və rifahı üçün yolu açacaq” – İrakli Kobaxidze bildirib.