İrakli Kobaxidze - Nikol Paşinyanla görüşdə strateji tərəfdaşlığımız, eləcə də əsas regional və qlobal məsələlər üzərində müzakirələr apardıq
Ermənistana səfərim zamanı baş nazir Nikol Paşinyanla görüşmək imkanı əldə etdim, strateji tərəfdaşlığımız, eləcə də əsas regional və qlobal məsələlər üzərində müzakirələr apardıq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazır.
Hökumət başçısı qeyd edir ki, bu gün Yerevanda keçirilən görüş iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək və ümumi uğura töhfə verəcək.
“Münasibətlərimizin idman və mədəni əlaqələrlə daha da möhkəmlənən güclü və müsbət dinamikası xalqlarımız arasındakı dərin tarixi əlaqələrin sübutudur. Əminəm ki, bu görüş əməkdaşlığımızı daha da dərinləşdirəcək və ümumi uğura töhfə verəcək” – baş nazir bildirir.