İrakli Kobaxidze – Nə əkərsən, onu da biçərsən, Avropa İttifaqının etdikləri bumeranq kimi özünə qayıtdı
İrakli Kobaxidze – Nə əkərsən, onu da biçərsən, Avropa İttifaqının etdikləri bumeranq kimi özünə qayıtdı

Belə bir deyim var: nə əkərsən, onu da biçərsən. Avropa İttifaqının etdikləri və beynəlxalq hüquq standartlarını necə pozduğu, eyni şəkildə bumeranq kimi özünə qayıtdı, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

Kobaxidzeyə ABŞ Dövlət Departamentinin keçmiş Avropa komissarı və daha bir neçə şəxsə qarşı tətbiq etdiyi viza məhdudiyyətləri, eləcə də bununla bağlı Kaya Kallasın açıqlaması barədə sual verilib.

İrakli Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqının yanlış praktikası indi özünə qayıdıb.

“Əlbəttə, bu yanlış bir praktika idi, lakin həmin yanlış praktika indi Avropa İttifaqına geri qayıtdı ki, bu da bizim üçün çox maraqlıdır. Avropa İttifaqı nümayəndələrinin bu məsələ ilə bağlı hiddətli bəyanatlarını eşitmək də bizim üçün olduqca maraqlıdır”, – deyə İrakli Kobaxidze bildirib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, keçmiş Avropa komissarı Teri Breton və daha dörd avropalıya viza məhdudiyyətlərinin tətbiqi ilə bağlı belə deyib: “ABŞ-ın Avropa vətəndaşları və vəzifəli şəxslər üçün səyahət məhdudiyyətləri tətbiq etmək qərarı qəbuledilməzdir və bu, bizim suverenliyimizə meydan oxuma cəhdidir.”