İrakli Kobaxidze: Naurunun qondarma “Abxaziya Respublikası” və qondarma “Cənubi Osetiya Respublikası” ilə diplomatik münasibətləri ləğv etməsi bir daha təsdiqləyir ki, hüquq normalarına hörmət sağlam beynəlxalq münasibətlərin əsasını təşkil edir

14:32, 05.08.2026

Nauru Respublikasının qondarma “Abxaziya Respublikası” və qondarma “Cənubi Osetiya Respublikası” ilə diplomatik münasibətləri ləğv etmək qərarı bir daha təsdiqləyir ki, beynəlxalq hüquq normalarına hörmət və onların qorunması sağlam beynəlxalq münasibətlərin əsasını təşkil edir. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir Xarici İşlər nazirinə və bütün diplomatlara təşəkkür edib.
“İyulun 21-də Nauru Respublikasının hökuməti qondarma “Abxaziya Respublikası” və qondarma “Cənubi Osetiya Respublikası” ilə diplomatik münasibətlərin ləğv edilməsi barədə qərar qəbul edib. Bu qərar bir daha göstərir ki, beynəlxalq hüquq normalarına hörmət və onların qorunması sağlam beynəlxalq münasibətlərin əsasını təşkil edir.
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibətlər qurmağa və əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verməyə hazırdır.
Xarici İşlər naziri Maka Boçorişviliyə və uğurlu tanımama siyasətinin həyata keçirilməsi istiqamətində çalışan hər bir diplomata təşəkkür etmək istəyirəm”, – deyə Baş nazir bildirib.

Oxşar