İrakli Kobaxidze - NATO-nun Gürcüstan ilə münasibətdə daha artıq proaktiv hərəkətlərə əsaslanmış strategiyası olmalıdır
2018-ci ilin iyulunda, Brüsseldə NATO-nun sammiti keçirilir və bu Gürcüstanın NATO-ya inteqrasiyası yolunda daha bir addıma çevrilməlidir, – bu barədə Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze NATO-Gürcüstan Xalq Diplomatiyası Forumunda bəyan etdi.
Onun dediyinə görə, NATO-nun üzv ölkələrinin razılaşdığı Buxarest sammitindən ki, Gürcüstan mütləq aliyansın üzvü olacaq, artıq 10 il keçdi. 10 il ərzində isə, NATO-Gürcüstanın təcrübi hərbi əməkdaşlığı artırılırdı.
“Bu gün Gürcüstan daha müdafiə olunmuş və hazırlıqlıdır. Bunun üçün NATO-nun bütün üzv ölkələrinə təşəkkürümü bildirmək istəyirəm”, – İrakli Kobaxidze bəyan etdi.
Onun dediyinə görə, NATO-nun Gürcüstan ilə münasibətdə daha artıq proaktiv hərəkətlərə əsaslanmış strategiyası olmalıdır. Bunun üçün isə, onun dərk edilməsi vacibdir ki, soyuq müharibədən sonra Avropa təhlükəsizliyi üçün, Gürcüstanın əhəmiyyəti önəmlidir.