İrakli Kobaxidze narkotiklərə qarşı Avropa koalisiyasının yaradılmasına dair Fransa tərəfindən təşəbbüsü irəli sürülən Bəyannaməni imzalayıb
Gürcüstan Fransanın narkotiklərə qarşı Avropa koalisiyasının yaradılmasına dair təşəbbüsünə qoşulub. Bəyannaməni Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloninin həmsədrliyi ilə keçirilən tədbirdə Gürcüstan hökumətinin başçısı müxtəlif ölkələrin liderləri ilə birlikdə iştirak edib.
Baş nazir narkotiklərə qarşı mübarizədə Gürcüstan hakimiyyətinin sərt siyasətinə diqqət yönəldib. İrakli Kobaxidze qeyd edib ki, gürcü hüquq-mühafizə orqanlarının əməkdaşları son bir neçə ay ərzində xüsusilə külli miqdarda narkotik vasitələri müsadirə ediblər, eləcə də bir neçə onlarla böyük narkotik alverçisini saxlayıblar.
Gürcüstanın Baş naziri narkotiklərə qarşı effektiv mübarizə prosesində dünya liderlərinin birgə səylərinin və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb və qeyd edib ki, Fransanın narkotiklərə qarşı Avropa koalisiyasının yaradılmasına dair təşəbbüsü bu baxımdan irəliyə atılmış mühüm addımdır.
Məlumatı Gürcüstanın Hökumət Administrasiyasının mətbuat xidməti yayır.