İrakli Kobaxidze - Namizədliyimi dəstəklədiyi üçün partiyanın fəxri sədri Bidzina İvanişviliyə minnətdaram
Namizədliyimi dəstəklədiyi üçün partiyanın fəxri sədri, cənab Bidzina İvanişviliyə minnətdarlığımı bildirmək istəyirəm – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
İrakli Kobaxidzenin bütün bunlara necə layiq olması ilə bağlı suala, baş nazir cavabında bildirib ki, öz xidmətləri haqqında özü danışa bilməz və bunu partiyanın üzvləri, qurultayın nümayəndələri qiymətləndirirlər.
“Xidmətə gəlincə, mən bunu qiymətləndirə bilmərəm, xidməti partiyanın qurultayının nümayəndəsi, partiyamızın üzvləri qiymətləndirirlər. Əlbətdə, namizədliyimi dəstəklədiyi üçün partiyanın fəxri sədri, cənab Bidzina İvanişviliyə minnətdarlığımı bildirmək istəyirəm. Xidmət məsələsinə gəlincə, mən özüm haqqında necə danışa bilərəm? Bu, namizədliyimin irəli sürülməsi qərara alınarkən əvvəlcə siyasi şura tərəfindən verilmiş qərardır və sonra nümayəndələr qərarı qəbul etdilər” – İrakli Kobaxidze bildirib.
“Gürcü Arzusu” partiyasının sədri olaraq baş nazir İrakli Kobaxidzeni seçdilər.