İrakli Kobaxidze - Müsəlman həmvətənlər, Ramazan bayramı və Novruz bayramı münasibətilə sizi bir qədər gec də olsa təbrik edirəm, ortaq kədəri bölüşdüyünüz və bu günlərdə bayram tədbirlərini ləğv etdiyiniz üçün minnətdarlığımı bildirirəm
İrakli Kobaxidze - Müsəlman həmvətənlər, Ramazan bayramı və Novruz bayramı münasibətilə sizi bir qədər gec də olsa təbrik edirəm, ortaq kədəri bölüşdüyünüz və bu günlərdə bayram tədbirlərini ləğv etdiyiniz üçün minnətdarlığımı bildirirəm

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman həmvətənləri Ramazan bayramı və Novruz bayramı münasibətilə bir qədər gec də olsa təbrik edir.

Kobaxidzenin qeyd etdiyi kimi, bu il bu bayramlar Gürcüstan üçün ən ağır dövrə, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın dünyasını dəyişməsinə və milli matəm günlərinə təsadüf etdi.

“Müsəlman həmvətənlərimizi Ramazan bayramı və yazın gəlişi bayramı – Novruz bayramı münasibətilə bir qədər gec də olsa səmimi qəlbdən təbrik edirəm.

Bu il bu bayramlar ölkəmiz üçün ən ağır dövrə, ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlianın dünyasını dəyişməsinə və milli matəm günlərinə təsadüf etdi.

Səmimi həmrəylik, ortaq kədərimizi bölüşdüyü və bu günlərdə bayram tədbirlərini ləğv etdiyi üçün müsəlman icmasına xüsusi minnətdarlığımı bildirirəm. Bu qardaşlıq həmrəyliyini heç vaxt unutmayacağıq.

Məhz çətinlikdə və sevincdə birlikdə olmaq birliyimizin dayandığı möhkəm təməldir. Əsrlər boyu əcdadlarımız çiyin-çiyinə Gürcüstan tarixini yaradıblar və biz də, bugünkü nəsillər onun daha yaxşı gələcəyini birlikdə qururuq.

Həzrətləri hər zaman müsəlman icmasına xüsusi hörmət və qardaşlıq sevgisi ilə yanaşırdı. Onun özü qarşılıqlı hörmətin, dinc yanaşı yaşamağın və tolerantlığın canlı nümunəsi idi. Məhz bu ən böyük irsi davam etdirməyi ən əsas vəzifəmiz hesab edirik.

Bir daha sizi bu böyük bayramlar münasibətilə təbrik edirəm. Ailələrinizə əmin-amanlıq, cansağlığı və bərəkət arzulayıram” – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirir.