İrakli Kobaxidze – Müxalifət nümayəndələri dəfələrlə birləşdilər, lakin bu birləşmələrin hamısı, son nəticədə, uğursuz oldu
Dəfələrlə birləşdilər, lakin bu birləşmələrin hamısı, son nəticədə, uğursuz oldu – bu barədə baş nazir İrakli Kobaxidze müxalifətdəki vəziyyətlə bağlı jurnalistin sualına cavab verərkən bildirib.
Onun sözlərinə əsasən, müxalifət nümayəndələri başdan-ayağa gürcü xalqına yox, xarici havadarlarına fokuslanıblar. Onların uğur qazana bilməmələrinin əsas səbəbi budur.
“Fərqi yoxdur, bəzən ayrı-ayrılıqda, bəzən birlikdə ortaya çıxırlar, hər iki halda uğursuzluğa düçar olurlar. Bunun bir sadə səbəbi var: onların düzgün prinsipləri yoxdur və daha dəqiq desək, onlar əslində müxalifət deyillər. Onlar xarici agenturadır, kənardan idarə olunurlar. Məsuliyyət hiss etdikləri yeganə tərəf xarici qüvvələrdir. Xalqın arasına heç çıxmırlar, yəni əsasən seçki dövründə, hərdən də başqa vaxtlarda yalnız imitasiya edirlər. Yalnız imitasiya edirlər. Qalan vaxtlarda isə başdan-ayağa gürcü xalqına yox, xarici havadarlarına fokuslanıblar. Onların uğur qazana bilməmələrinin əsas səbəbi budur. Bu onların işidir, onların seçimidir və bu çox ağır seçimdir” – baş nazir qeyd edib.