İrakli Kobaxidze - Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu cəmiyyətin dəstəyidir, bu da onlarda yoxdur
İrakli Kobaxidze - Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu cəmiyyətin dəstəyidir, bu da onlarda yoxdur

 

Cəmiyyətin dəstəyi hakimiyyətin, iqtidar komandasının tərəfindədir, müxalifətin tərəfində isə praktiki olaraq sıfır dəstək var, əsas budur – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda gürcü jurnalistlərə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu cəmiyyətin dəstəyidir, bu da onlarda yoxdur.

“Dörd il əvvəl müxalifət eyni cəhdi etdi və müəyyən uğur qazandılar, çünki biz o vaxt kənar müdaxiləyə görə danışıqlara getməyə və 19 aprel sazişini imzalamağa məcbur qaldıq, indi onların bunu etməyə belə resursu yoxdur. Müvafiq olaraq, proseslər çox asanlıqla aparılacaq. Yaxın gələcəkdə MSK tərəfindən seçkilərin nəticələri yekunlaşdırılacaq, sonra ayın sonuna kimi parlamentin ilk yığıncağı keçiriləcək və bundan sonra bir neçə günə hökumətin yeni tərkibi təsdiqlənəcək. Böyük ehtimalla, ayın sonuna kimi də bütün bunları çatdırmaq olar. Proseslər çox sakit keçəcək. Cəmiyyətin dəstəyi hakimiyyətin, iqtidar komandasının tərəfindədir, müxalifətin tərəfində isə praktiki olaraq sıfır dəstək var, əsas budur. Müxalifət küçədə müəyyən uğur qazanmağa çalışdı, lakin seçkilərdə və küçədə uğur qazanmaq üçün eyni resurs lazımdır, bu cəmiyyətin dəstəyidir, bu da onlarda yoxdur” – baş nazir bildirib.