İrakli Kobaxidze Müctəba Xameneiyə İran İslam Respublikasının ali lideri seçilməsi ilə əlaqədar rəsmi təbrik göndərib
İrakli Kobaxidze Müctəba Xameneiyə İran İslam Respublikasının ali lideri seçilməsi ilə əlaqədar rəsmi təbrik göndərib

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Müctəba Xameneiyə İran İslam Respublikasının ali lideri seçilməsi ilə əlaqədar rəsmi təbrik göndərib.

“Gürcüstan hökuməti adından İran İslam Respublikasının ali lideri seçilməniz münasibətilə sizi təbrik edirəm. Gürcüstan iki ölkə və xalq arasında qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. İran xalqına sülh və rifah arzulayıram” – baş nazirin təbrikində qeyd olunub.