İrakli Kobaxidze - Müharibə təhlükəsi heç yerə getməyib, Avropa İttifaqına üzv ölkələrin rəhbərləri tərəfindən müharibə ritorikası o qədər kəskindir ki, hərbi qarşıdurmanın nəinki sonu görünmür, həm də onun uzadılması üçün hər şey edilir
İrakli Kobaxidze - Müharibə təhlükəsi heç yerə getməyib, Avropa İttifaqına üzv ölkələrin rəhbərləri tərəfindən müharibə ritorikası o qədər kəskindir ki, hərbi qarşıdurmanın nəinki sonu görünmür, həm də onun uzadılması üçün hər şey edilir

 

Bu təhlükənin heç yerə getmədiyini görmək üçün heç bir dərin təhlil lazım deyil. “Qlobal Müharibə Partiyası” Ukrayna məsələsini başdan sona kimi Avropanın boynuna asmaq üçün hər şeyi edir, bununla da bir daşla iki quş vurmağa – eyni zamanda həm Avropanı, həm də Rusiyanı dağıtmağa çalışır – bu barədə “Gürcü Arzusu”nun sədri, baş nazir İrakli Kobaxidze hakim partiyanın ofisində keçirilən brifinqdə deyib.

O bildirib ki, bu planda Gürcüstanda ikinci cəbhənin açılması zərurəti müharibənin başlandığı anda olduğu kimi aktualdır.

Partiya sədri bildirib ki, bu son dərəcə ağır şəraitdə cəmiyyətin Avropa bürokratiyası tərəfindən edilən şantaja və təxribatlara uymaması və ölkəmizin qeyd-şərtsiz məhvinə gətirib çıxara bilən addım atmaması üçün biz maksimum ehtiyatlı olmalıyıq.

“Üstəlik, ola bilsin, bu məsələ indi “Qlobal Müharibə Partiyası” üçün daha da prinsipialdır. Bu gün Avropa İttifaqına üzv ölkələrin rəhbərləri tərəfindən müharibə ritorikası o qədər kəskindir ki, hərbi qarşıdurmanın nəinki sonu görünmür, həm də onun uzadılması üçün hər şey edilir. Ukraynanın maksimal şəkildə silahlandırılması, uzaqmənzilli silahların tədarükü, Rusiyaya qarşı sanksiyaların ağırlaşdırılması, istefa verən generalların yaxın vaxtda Rusiya ilə müharibəyə hazırlaşdıqlarına dair bəyanatları – bütün bunlar “Qlobal Müharibə Partiyası”nın planlarını açıq şəkildə göstərir, Rusiya-Ukrayna müharibəsi Avropa hesabına davam etsin və güclənsin, bir tərəfdən Avropanın, digər tərəfdən isə Rusiyanın zəifləməsi ilə əlaqəli olan proseslər, əlbətdə, belə nəticə ilə bitəcək. Həmçinin, Avropa İttifaqına üzv ölkələrin qərarı vurğulanmalıdır, bu qərara əsasən gələcəkdə ÜDM-in 5%-i silahlanmaya xərclənəcək, bu da həmin ölkələrin büdcəsinin 15%-dən çoxdur. “Qlobal Müharibə Partiyası”nın diktəsi ilə atılan bu addım Avropa ölkələrini militarist ölkələrə çevirir. Bu, bir tərəfdən qitədə hərbi eskalasiya təhlükələrini daha da artırır, digər tərəfdən isə hərbi xərclərin artması Avropa İttifaqının iqtisadi vəziyyətini və sosial fonu daha da ağırlaşdıracaq. Bu son dərəcə ağır şəraitdə cəmiyyətin Avropa bürokratiyası tərəfindən edilən şantaja və təxribatlara uymaması və ölkəmizin qeyd-şərtsiz məhvinə gətirib çıxara bilən addım atmaması üçün biz maksimum ehtiyatlı olmalıyıq” – İrakli Kobaxidze bildirib.