Gürcüstanın Baş naziri İrakli Kobaxidze mədəniyyət naziri Tinatin Ruxadze ilə birlikdə Mtsxeta Muzeyini ziyarət edib.
Gürcüstan Milli Muzeyinin baş direktoru Davit Lortkipanidze hökumət başçısını muzeyin yeni konsepsiyası ilə tanış edib.
Konsepsiya nəzərə alınmaqla, muzeydə antik dövrə aid arxeoloji material sərgilənir, xristian dövrünə aid nümunələr, Mtsxetanın arxeoloji tədqiqatı ilə bağlı arxiv materialı rəqəmsal formatda təqdim olunur. Bu mərhələdə, konsepsiyaya uyğun olaraq muzeyin sistemlərinin qurulması, fondlar üzərində iş və muzey əməkdaşlarının seçimi prosesi davam edir. Zəngin arxeoloji materialın qorunduğu Armazi və Ksani arxeoloji bazaları Mtsxeta Muzeyinin tərkibinə birləşdirilib. Muzeydə sahədə tapılan materialın emalı və bərpası-konservasiyası üçün zəruri laboratoriya qurulub. Sərgi məkanlarına mərhələli şəkildə Milli Muzeyin fondlarında Mtsxeta ilə bağlı mövcud materiallar əlavə olunacaq. Baş nazir icraedici, qanunverici və yerli hakimiyyət nümayəndələri ilə birlikdə Mtsxeta Muzeyində olub.
Məlumatı Gürcüstan hökuməti yayır.