İrakli Kobaxidze - Milli və dini kimliyimizin qorunub saxlanılmasını təmin etmək əsas milli vəzifələrimizdən biridir, qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaq üçün maksimum səy göstəriləcək
Yanaşmanı maksimal şəkildə sərtləşdirmək və ölkəmizdə qanunsuz miqrasiyanın sıfıra endirilməsini təmin etmək məqsədimizdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə interpelyasiya qaydası ilə dinləmə zamanı deyib.
Hökumət başçısı bildirib ki, 2020-ci ildə təsdiq edilmiş strategiya bu baxımdan daha az nəzərə çarpan tədbirləri nəzərdə tutur və yeni strategiya qanunsuz miqrasiya ilə effektiv mübarizə vasitəsi yaradacaq yenilənmiş sənəddə öz əksini tapa bilər.
“Cari ildə, planımıza əsasən, ölkəmizdən təxminən dörd min qanunsuz miqrant çıxarılmalıdır, bu isə o deməkdir ki, bir neçə ilə Gürcüstanda qanunsuz miqrasiyanı tamamilə aradan qaldıra bilərik. Düşünürük ki, bu, 2020-ci ildə təsdiq edilmiş sənəddə əks olunan strategiyadan daha təsirli strategiyadır. Əlbəttə, xüsusilə Avropa İttifaqı ölkələrində inkişaf edən proseslər fonunda ictimai maraq yüksəkdir, təbii ki, hər kəs eyni şeyin ölkəmizdə təkrarlanacağından ehtiyat edir. Avropa İttifaqının konkret ölkələrində əhalidə miqrantların payının necə artdığını görürsünüz. Əlbəttə, milli və dini kimliyimizin qorunub saxlanılmasını təmin etmək əsas milli vəzifələrimizdən biridir. Müvafiq olaraq, ölkəmizdə qanunsuz miqrasiyaya qarşı mübarizə aparmaq üçün maksimum səy göstəriləcək. Bunun üçün artıq konkret tədbirlər görülüb və bu tədbirlərin görülməsi gələcəkdə də təbii ki, davam edəcək. Spekulyasiyalara gəlincə, bu spekulyasiyaların heç bir əsası yoxdur və bütün bunlar əvvəldən axıra qədər siyasi maraqlardan irəli gəlir” – İrakli Kobaxidze qeyd edib.