İrakli Kobaxidze - Milli Səhiyyə Agentliyi tərəfindən səhiyyə proqramlarında iştirak edən klinikalar üçün xidmət dəyərinin qarşılanmasının müddətləri əhəmiyyətli dərəcədə azaldılacaq
Milli Səhiyyə Agentliyi tərəfindən səhiyyə proqramlarında iştirak edən klinikalar üçün xidmət dəyərinin qarşılanmasının müddətləri əhəmiyyətli dərəcədə azaldılacaq – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında deyib.
Kobaxidze bildirib ki, bu müddətlərin radikal şəkildə azaldılması planlaşdırılır, nəticədə səhiyyə proqramlarında iştirak edən klinikaların və tibb işçiləri tərəfindən göstərilən xidmətlərin dəyərinin qarşılanmasının effektivliyi artacaq.
“Səhiyyə sektoru ilə fəal əməkdaşlığı davam etdirəcəyik, əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə mühüm dəyişikliklər, islahatlar planlaşdırılır. İlk növbədə, Milli Səhiyyə Agentliyi tərəfindən səhiyyə proqramlarında iştirak edən klinikalar üçün xidmət dəyərinin qarşılanmasının müddətləri əhəmiyyətli dərəcədə azaldılacaq. Bu, klinikalar tərəfindən mütəmadi olaraq qaldırılan problemli məsələlərdən biri olub və xidmətin dəyərinin müvafiq qarşılanması müddətlərinin əhəmiyyətli dərəcədə azalması üçün konkret addımlar atılacaq. Bu müddətlərin radikal şəkildə azaldılması planlaşdırılır, nəticədə səhiyyə proqramlarında iştirak edən klinikaların və tibb işçiləri tərəfindən göstərilən xidmətlərin dəyərinin qarşılanmasının effektivliyi artacaq.
Həmçinin, onkoloji xəstəliklərin müalicəsi zamanı klinikalar üçün nəzərdə tutulmuş ödəniş qaydası tənzimlənəcək, bu da tarif siyasətini daha aydın və ədalətli edəcək” – baş nazir bildirib.