İrakli Kobaxidze – “Milli Hərəkat” tərəfindən hücumlar həyata keçirilir, bu təxribatlara 2 oktyabrda millət cavab verəcək
“Milli Hərəkat” tərəfindən hücumlar həyata keçirilir, bu təxribatlara 2 oktyabrda millət cavab verəcək, – bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze bəyan etdi.
“Növbəti bir həftə ərzində sakitliyin qorunması çox əhəmiyyətlidir. Xüsusilə də seçkilər günü. Görürük ki, hücumlar praktiki olaraq hərgünlük həyata keçirlir. Dünən də bu cür təxribat var idi Kaspidə. Lakin bu təqirdə də nümayəndələrimiz bu cür təxribati layiqincə sakitliklə qarşıladılar. Çox önəmlidir ki, tərəfdarlarımız bu cür davam etdirsinlər. Heç bir təqdirdə təxribata uymamasınlar, nə qədər də təhqiredici olmasa da”, – Kobaxidze bəyan etdi.
Kobaxidzenin dediyinə görə, hücumlar “Milli Hərəkat” tərəfindən həyata keçirilir
“Dünən də Kaspidə hücum və təxribat var idi. Ona qədər Batumidə, Xelvaçauridə. Nikanor Meliya nə etdisə hamımız yaxşı gördünüz. bu hücümlar “Milli Hərəkata” məxsusdur. Hamını, onları çağırıram ki, bu cür təxribatlardan tərəddüd etsinlər. Bu təxribatlara 2 oktyabrda millət cavab verəcək. Nə qədər çox təxribat olsa, ictimaiyyətin mövqeyi bir o qədər sərt olacaq”, – İrakli Kobaxidze qeyd etdi.