İrakli Kobaxidze Merab Kostavanın yeni bərpa olunmuş memorial ev-muzeyinə baxış keçirib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentin sədri Şalva Papuaşvili, Tbilisinin meri Kaxa Kaladze və mədəniyyət naziri Tinatin Ruxadze ilə birlikdə Merab Kostavanın yeni bərpa olunmuş memorial ev-muzeyinə baxış keçirib.
Gürcüstan hökuməti tərəfindən yayılmış məlumata əsasən, yenilənmiş muzeydə milli qəhrəmanın həyat və fəaliyyətini əks etdirən nadir material, o cümlədən Merab Kostavanın şəxsi əşyaları, xatirə mebeli, kitabxana, əlyazmalar və foto arxivi qorunur.
Onların məlumatına əsasən, bərpa nəticəsində muzeyin sahəsi genişlənib, ən müasir avadanlıq və texnologiyalarla təchiz edilib, həmçinin müasir, beynəlxalq standartlara uyğun təhsil məkanı və fond anbarı yaradılıb, bu isə muzeydə saxlanılan 20 000-dən çox eksponatın lazımi qaydada saxlanmasını təmin edir.