İrakli Kobaxidze - Məncə, yaxşı olar ki, Peter Fişeri rahat buraxaq, onsuz da təqaüdə çıxır, onun bəyanatları o qədər də maraqlı deyil
İrakli Kobaxidze - Məncə, yaxşı olar ki, Peter Fişeri rahat buraxaq, onsuz da təqaüdə çıxır, onun bəyanatları o qədər də maraqlı deyil

 

Kişinin dilindən növbəti dəfə nəsə qaçdı. Məncə, yaxşı olar ki, onu rahat buraxaq, onsuz da təqaüdə çıxır – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın səfiri Peter Fişerin bəyanatı ilə bağlı verilən suala cavabında deyib.

Konkret olaraq, baş nazirə Peter Fişerin “Azadlıq Radiosu”na verdiyi müsahibə zamanı səsləndirdiyi bəyanatla bağlı sual ünvanlanıb. Almaniyanın səfiri həmin müsahibədə qeyd etmişdi: “Bəzi gürcülər Avropa İttifaqına üzv olmağın nə demək olduğunu bilirlər, digərləri isə deyirlər ki, daha yaxşı alternativim yoxdur, rus, türk, iranlı və ya azərbaycanlı olmaq istəmirəm, təkcə Ermənistanla birlikdə olmaq isə bəlkə də yetərli deyil”.

Kobaxidzenin qiymətləndirməsinə əsasən, “Fişerin bəyanatları o qədər də maraqlı deyil”.

“Növbəti ehtiyatsız ifadə idi, lakin bir qayda olaraq, belə şeylər təsadüfən baş vermir. Görünür, əslində ürəyində olanı dilinə gətirib” – Kobaxidze qeyd edib.