İrakli Kobaxidze - Mən hər kəsə söz verirəm ki, heç kim dövlətin gücünü sarsıda bilməyəcək, Yeni ili də hamı mədəniyyətimizə, adət-ənənələrimizə və xalqımızın maraqlarına yaraşan şəkildə qeyd edəcək
İrakli Kobaxidze - Mən hər kəsə söz verirəm ki, heç kim dövlətin gücünü sarsıda bilməyəcək, Yeni ili də hamı mədəniyyətimizə, adət-ənənələrimizə və xalqımızın maraqlarına yaraşan şəkildə qeyd edəcək

 
Mən hər kəsə söz verirəm ki, heç kim dövlətin gücünü sarsıda bilməyəcək və Yeni ili də hamı mədəniyyətimizə və adət-ənənələrimizə, xalqımızın maraqlarına yaraşan şəkildə qeyd edəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstanda “Maydan” cəhdi iflasa uğradı və indi ölkəyə az da olsa ziyan vurmaq və ölkə əhalisinin Yeni il şənliyinə sona qədər aman verməmək cəhdi var.

“Bu cür səylərdən sonra bu insanlar yenə də təəccüblənirlər ki, niyə hər dəfə seçkilərdə məğlub olurlar. Onlar artıq 9 seçkidə məğlub olublar. Belə davam etsələr, onların işi daha da ağırlaşacaq. Mən hər kəsə söz verirəm ki, heç kim dövlətin gücünü sarsıda bilməyəcək və Yeni ili də hamı mədəniyyətimizə və adət-ənənələrimizə, xalqımızın maraqlarına yaraşan şəkildə qeyd edəcək” – İrakli Kobaxidze bildirib.