İrakli Kobaxidze - Mən hamını əmin etmək istəyirəm ki, Avropaya inteqrasiya prosesi təxirə salınmayıb, əksinə, maksimum intensivliklə davam edəcək
İrakli Kobaxidze - Mən hamını əmin etmək istəyirəm ki, Avropaya inteqrasiya prosesi təxirə salınmayıb, əksinə, maksimum intensivliklə davam edəcək

 

Mən hamını əmin etmək istəyirəm ki, Avropaya inteqrasiya prosesi təxirə salınmayıb, əksinə, maksimum intensivliklə davam edəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, bu gün Xarici İşlər Nazirliyində keçirilən görüşdə diplomatlar bir daha Gürcüstanın Avropaya inteqrasiya prosesinin maksimum intensivliklə davam etdirilməsi ilə bağlı müvafiq göstəriş alıblar.

“Mən hamını əmin etmək istəyirəm ki, Avropaya inteqrasiya prosesi təxirə salınmayıb, əksinə, maksimum intensivliklə davam edəcək. Bu, reallıqdır. Geridə qalan hər şey, sadəcə olaraq, radikal müxalifət və onunla əlaqəli medianın qəsdən yaydığı saxtakarlıqdır. Təəssüf ki, bir daha yada salıram ki, bu dezinformasiya kampaniyasına Avropa İttifaqının səfiri də qoşulmuşdu. Bu gün mənim Xarici İşlər Nazirliyində digər məsələlərlə birlikdə, Avropaya inteqrasiya ilə bağlı söhbətim oldu və bu gün diplomatlar bir daha ölkəmizin Avropaya inteqrasiya prosesinin maksimum intensivliklə davam etdirilməsi ilə bağlı müvafiq göstəriş, müvafiq tapşırıq aldılar” – baş nazir bildirib.