İrakli Kobaxidze məcburi köçkünlər haqqında Gürcüstanın qətnaməsini dəstəklədiyinə görə Botsvana Respublikasının Prezidentinə təşəkkür edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Botsvana Respublikasının Prezidenti Duma Qideon Boko ilə görüşüb.
Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Dubayda Dünya Hökumətlər Sammiti çərçivəsində keçirilən görüşdə Gürcüstanın işğal olunmuş ərazilərinin tanınmamasının əhəmiyyətinə və iki ölkə arasında mövcud siyasi dialoqa toxunulub. İrakli Kobaxidze məcburi köçkünlər haqqında Gürcüstanın qətnaməsini dəstəklədiyinə görə Botsvana Respublikasının Prezidentinə təşəkkür edib.
“Baş nazir Gürcüstan hökumətinin uğurlu islahatlar haqqında təcrübəsini Botsvana Respublikası ilə bölüşməyə hazır olduğunu təsdiqləyib.
Görüşdə Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili iştirak edib” – rəsmi məlumatda deyilir.