İrakli Kobaxidze - Məqsədimiz Amerika Birləşmiş Ştatları ilə münasibətləri təmiz səhifədən yenidən başlatmaq, bunu konkret bələdçi ilə etməkdir, ümid edirik ki, yeni administrasiya şəraitində təsirli addımlar görəcəyik
İrakli Kobaxidze - Məqsədimiz Amerika Birləşmiş Ştatları ilə münasibətləri təmiz səhifədən yenidən başlatmaq, bunu konkret bələdçi ilə etməkdir, ümid edirik ki, yeni administrasiya şəraitində təsirli addımlar görəcəyik

 

Bizim əsas xarici siyasət prioritetlərimizdən biri Amerika Birləşmiş Ştatları ilə münasibətləri yenidən başlatmaqdır, bunun üçün biz hər şeyi edəcəyik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze səfirlərin konfransının qapanış mərasimində çıxışı zamanı bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, münasibətlərin yenidən başladılması üçün mütləq açıqlıq, hazırlıq var.

“Bizim əsas xarici siyasət prioritetlərimizdən biri Amerika Birləşmiş Ştatları ilə münasibətləri yenidən başlatmaqdır, bunun üçün biz hər şeyi edəcəyik. Bununla bağlı hökumətin iclasında təcili bəyanatla çıxış etdim. Məqsədimiz Amerika Birləşmiş Ştatları ilə münasibətləri təmiz səhifədən yenidən başlatmaq, strateji tərəfdaşlığı yeniləmək və bunu konkret bələdçi ilə etməkdir – boş vərəqdə qalan strateji tərəfdaşlıqla deyil, konkret gözlə görünən nəticələrin əks olunacağı bələdçi ilə strateji tərəfdaşlıq istəyirik. Bizim tərəfimizdən bunun üçün mütləq açıqlıq və hazırlıq var və ümid edirik ki, yeni administrasiya şəraitində təsirli, müvafiq addımları görəcəyik” – İrakli Kobaxidze bildirib.