İrakli Kobaxidze – Məqsədimiz 2031-ci il daxil olmaqla bütün magistralların tikintisini başa çatdırmaqdır, 2030-cu ilə qədər Sarpidən Qırmızı Körpüyə və Sadaxlıyadək 4 zolaqlı magistral təmin ediləcək
Məqsədimiz 2031-ci il daxil olmaqla bütün magistralların tikintisini tam başa çatdırmaqdır, bunun tərkib hissələrindən biri Tbilisinin dolama yoludur – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Hökumət başçısı bildirib ki, plana əsasən, 2030-cu ilə qədər Sarpidən Qırmızı Körpüyə və Sadaxlıyadək fasiləsiz, 4 zolaqlı magistral təmin olunacaq.
“Aydın məqsədimiz var, məqsədimiz 2031-ci il daxil olmaqla bütün magistralların tikintisini tam başa çatdırmaqdır. Bunun tərkib hissələrindən biri sərhədlər arasında əlaqəni asanlaşdırmaq üçün mühüm olan Tbilisinin dolama yoludur. Planımıza əsasən, 2030-cu ilə qədər Sarpidən Qırmızı Körpüyə və Sadaxlıyadək fasiləsiz, 4 zolaqlı magistral təmin olunacaq. O cümlədən, bu magistral Tbilisidən də yan keçəcək və Tbilisinin nəqliyyat yükünün azaldılması üçün olduqca vacibdir. Müvafiq olaraq, bu investisiya mütləq həyata keçiriləcək” – baş nazir açıqlayıb.