İrakli Kobaxidze - Martın 31-də dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi, cəsarətlə demək olar ki, bu gün Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir
İrakli Kobaxidze - Martın 31-də dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi, cəsarətlə demək olar ki, bu gün Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir

 

1991-ci ilin 31 martı ölkəmiz üçün ən vacib günlərdən biri idi, həmin gün dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi. Həmçinin, bu gün bu referendumun və müstəqilliyin elan edilməsi gününün əsas ilhamçısı olan Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdianın 86 yaşı tamam olacaqdı – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Hökumət başçısı qeyd edib ki, bu gün Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir.

“Bu gün 31 martdır, Gürcüstan tarixində ən vacib günlərdən biri. 1991-ci ilin 31 martı ölkəmiz üçün ən vacib günlərdən biri idi, məhz bu gündə dövlət müstəqilliyinin bərpası ilə bağlı referendum keçirildi və məhz bu referendum bir neçə gündən sonra, aprelin 9-da Gürcüstanın müstəqilliyinin elan edilməsi ilə müşaiyət olundu. Referendumda seçicilərin 90%-dən çoxu iştirak etdi, müstəqillik ideyasını seçicilərin 99%-i dəstəklədi, müvafiq olaraq, müstəqillik ideyası ətrafında gürcü xalqının yekdil mövqeyi ortaya çıxdı.

Həmçinin, bu gün bu referendumun və müstəqilliyin elan edilməsi gününün əsas ilhamçısı olan Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdianın 86 yaşı tamam olacaqdı. Əlbətdə, biz onun xatirəsinə hörmət göstərməliyik” – baş nazir qeyd edib.

İrakli Kobaxidze bildirib ki, 1991-ci ildən sonra ölkə dörd müxtəlif müharibə və iki müxtəlif inqilabdan, çox çətin illər, ağır iqtisadi böhranlardan keçib, lakin Gürcüstan yalnız müstəqilliyini qorumaqla qalmayıb, həm də onu daha da möhkəmləndirməyi bacarıb.

“Bu illər ölkəmiz üçün çox çətin oldu. 1991-ci ildən sonra biz dörd müxtəlif müharibə, iki müxtəlif inqilab, çox çətin illər, o cümlədən ağır iqtisadi böhranlardan və s. keçdik. Lakin, Gürcüstan bu günə qədər yalnız müstəqilliyini qorumaqla qalmayıb, həm də onu daha da möhkəmləndirməyi bacarıb və müstəqillik, gələcəkdə də xüsusi diqqətlə qorumalı olduğumuz bir dəyərdir. Müstəqillik daimi diqqət tələb edir və bu gün cəsarətlə demək olar ki, Gürcüstan heç vaxt olmadığı qədər müstəqil və suverendir. Bu, qorumağımız vacib olan vəziyyətdir. Bu gün biz bu illər ərzində müstəqillik ideyası uğrunda ən qiymətli şeylərini – canlarını fəda etmiş insanları xüsusi olaraq yad etməliyik. Biz Gürcüstanın müstəqilliyi uğrunda müharibələrdə canlarını fəda etmiş əsgərlərimizi xüsusilə xatırlamalı və onlara hörmətlə yanaşmalıyıq. Mən hər bir vətəndaşı bu gün münasibətilə təbrik etmək və hamınıza Gürcüstanın müstəqilliyinin daha da möhkəmlənməsini və ölkəmizin birləşməsini arzulamaq istəyirəm” – baş nazir bildirib.