İrakli Kobaxidze Mark Rutteyə NATO-nun baş katibi vəzifəsində uğurlar arzulayır
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Mark Rutteni NATO-nun baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edir.
Hökumət başçısı Şimali Atlantika Alyansının yeni baş katibinə uğurlu fəaliyyət arzulayır və NATO ilə əməkdaşlığı dərinləşdirmək üçün hazırlıq ifadə edir.
“Mark Rutteni Şimali Atlantika Alyansının 14-cü baş katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Ona bu mühüm vəzifədə uğurlar arzulayıram. Gürcüstan NATO-nun beynəlxalq əməliyyatlarının fəal iştirakçısı, etibarlı və möhkəm tərəfdaşı kimi alyansı dəstəkləməyə davam etməyə, mövcud əməkdaşlığı dərinləşdirməyə və qlobal sülh və təhlükəsizliyə kömək etməyə hazırdır” – Gürcüstanın Baş naziri X sosial şəbəkəsində yazır.