İrakli Kobaxidze - Mamuka Çarkvianinin dünyasını dəyişməsi ilə əlaqədar dərin hüzn ifadə edirəm, hökumət və şəxsən öz adımdan ailəyə, onun yaradıcılığının çoxsaylı pərəstişkarlarına başsağlığı verirəm

Gürcüstanın Baş naziri İrakli Kobaxidze musiqiçi və müəllif-ifaçı Mamuka Çarkvianinin dünyasını dəyişməsi ilə əlaqədar hüzn ifadə edir və ailəyə başsağlığı verir.

Hökumət başçısı qeyd edir ki, Mamuka Çarkviani səmimi yaradıcılığı və unikal ifa tərzi ilə bir çox nəsillərin dinləyicilərinin rəğbətini və sevgisini qazanıb.

“Görkəmli musiqiçi və müəllif-ifaçı Mamuka Çarkvianinin dünyasını dəyişməsi ilə əlaqədar dərin hüzn ifadə edirəm. Cənab Mamuka səmimi yaradıcılığı və unikal ifa tərzi ilə bir çox nəsillərin dinləyicilərinin rəğbətini və sevgisini qazanıb. Bu çətin anlarda Gürcüstan hökuməti və şəxsən öz adımdan onun ailəsinə, yaxınlarına, həmkarlarına və onun yaradıcılığının çoxsaylı pərəstişkarlarına başsağlığı verirəm” – İrakli Kobaxidze qeyd edir.