İrakli Kobaxidze – Makronun Albaniyada mənə dedikləri yayımlanmış bəyanatın məzmununa ziddir, bu da Avropada "dərin dövlət"in güclü olduğunu göstərir
İrakli Kobaxidze – Makronun Albaniyada mənə dedikləri yayımlanmış bəyanatın məzmununa ziddir, bu da Avropada "dərin dövlət"in güclü olduğunu göstərir

Makronun, Tuskun və Mertsin bəyanatından açıq şəkildə görünür ki, Avropada “dərin dövlət” güclənmiş vəziyyətdədir – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Eyni zamanda Kobaxidzenin sözlərinə görə, Albaniyada Makronun ona dedikləri, yayımlanmış bəyanatın mahiyyətinə ziddir.

“Üçtərəfli bəyanətə gəlincə, oradan açıq görünür ki, Avropada “dərin dövlət” güclüdür. Bunu hər şeydən görmək olar. Qalanını bir kənara qoysaq belə, bu artıq etikettir ki, 26 mayda bu cür bəyanat yayılmaz. 26 may bayram günüdür və bu gün adətən təbrik məktubları göndərilir. Hətta protokolu və etiketi belə nəzərə almırlar. Bu da göstərir ki, onlar real obyektiv maraqlara uyğun hərəkət edə bilmirlər, hətta öz maraqlarına belə uyğun deyil. Onlar elə bir xətt üzrə fəaliyyət göstərməyə məcburdurlar ki, bu onların maraqları ilə uyğun gəlmir. Bu isə çox təəssüf doğurur.

Makronun Albaniyada mənə dedikləri yayımlanmış bəyanatla mahiyyət etibarilə ziddiyyət təşkil edir. Bu da göstərir ki, insanlar müstəqil qərar qəbul edə bilmirlər. Avropada, Avropa ölkələrində çox ciddi təsir var və bu da gördüyümüz qarışıqlığa səbəb olur”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniyanın Kansleri Fridrix Mers Gürcüstanın Müstəqillik Günü münasibətilə birgə bəyanat yayıblar. Bəyanatda qeyd olunur:
“Biz Gürcüstan hakimiyyətinin demokratik geriləməyə səbəb olan bütün addımlarını, eləcə də vətəndaş cəmiyyətinə, mediaya və hökumətə müxalif olan şəxslərə qarşı bütün hücumları qınayırıq. Fikir və toplaşmaq azadlığı qorunmalıdır. Həddindən artıq zorakılıq halları araşdırılmalıdır. Avropa normalarına zidd olan qanunlar dəyişdirilməli, zəruri islahat prosesi bərpa olunmalıdır. Gürcüstan hakimiyyəti müxalifətlə və vətəndaş cəmiyyəti ilə dialoqu yenidən qurmalıdır. Gürcü xalqı ölkənin Avropa yoluna dair imkanlardan məhrum edilməməlidir.”