İrakli Kobaxidze - Majoritar namizədlərin seçilməsi meyarı ənənəvi olaraq ixtisas, bacarıq və vicdanlılıqdır, hər bir namizəd bu əsas meyarlarla seçilib
Majoritar namizədlərin seçilməsi meyarı ənənəvi olaraq ixtisas, bacarıq və vicdanlılıqdır. Hər bir namizəd bu əsas meyarlarla seçilib – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə Muxatqverdi qardaşları qəbiristanlığında deyib.
Baş nazir bildirib ki, onlar ictimai fəal insanlardırlar, böyük təcrübəyə malikdirlər və Tbilisinin taleyinə biganə qalmırlar.
“Majoritar namizədlərin seçilməsi meyarı ənənəvi olaraq ixtisas, bacarıq və vicdanlılıqdır. Hər bir namizəd bu əsas meyarlarla seçilib. Onlar ictimai fəal insanlardırlar, böyük təcrübəyə malikdirlər və Tbilisinin taleyinə biganə qalmırlar” – baş nazir bildirib.