Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ana Maria Şiko ilə görüşüb.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin məlumatına əsasən, səfirlə vida görüşündə iki ölkə arasında münasibətlərin müsbət dinamikasına və əməkdaşlığın gələcək perspektivlərinə toxunulub. Müxtəlif sahələrdə Gürcüstan-Macarıstan tərəfdaşlığının məsələlərini müzakirə ediblər.
Görüşdə Gürcüstan və Macarıstan arasında mövcud sıx dostluq münasibətləri və strateji tərəfdaşlıq vurğulanıb.
Baş nazir Macarıstan tərəfindən Gürcüstana göstərilən güclü dəstəyə görə Macarıstanın səfirinə təşəkkür edib.