İrakli Kobaxidze - Macarıstanın öz milli kimliyini, o cümlədən xristian dəyərlərini müdafiə etmək səyini xüsusilə təqdir edirik, eyni dəyərlərimiz var və uğrunda mübarizə aparırıq
Bizi bir-birimizə ümumi dəyərlər bağlayır, Macarıstan hakimiyyətinin öz milli kimliyini fəal şəkildə müdafiə etmək səyini xüsusilə təqdir edirik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla birgə brifinqdə deyib.
Hökumət başçısı bildirib ki, Gürcüstanın eyni dəyərləri var və onu müdafiə etmək uğrunda mübarizə aparır.
“Bizi bir-birimizə ümumi dəyərlər bağlayır, Macarıstan hakimiyyətinin öz milli kimliyini, dəyərlərini, o cümlədən xristian dəyərlərini fəal şəkildə müdafiə etmək və insanların şəxsi identikliyinin qayğısına qalmaq səyini xüsusilə təqdir edirik, bunun üçün konkret addımlar atılır. Bizim eyni dəyərlərimiz var və biz eyni dəyərlər uğrunda mübarizə aparırıq” – baş nazir bildirib.