İrakli Kobaxidze - Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına dəstəyini və regional sülhə və sabitliyə olan ortaq sadiqliyimizi yüksək qiymətləndiririk
İrakli Kobaxidze - Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına dəstəyini və regional sülhə və sabitliyə olan ortaq sadiqliyimizi yüksək qiymətləndiririk

 

Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına dəstəyini və regional sülhə və sabitliyə olan ortaq sadiqliyimizi yüksək qiymətləndiririk – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” sosial şəbəkəsində yazır.

Hökumət başçısı Macarıstanın Baş naziri Viktor Orbanla keçirilən görüşə münasibət bildirir və qeyd edir ki, tərəflər iki ölkənin inkişaf edən əməkdaşlığını müzakirə ediblər.

“Macarıstanın Baş naziri Viktor Orbanla çox yaxşı görüşüm oldu. Biz Gürcüstan və Macarıstan arasında inkişaf edən tərəfdaşlığı müzakirə etdik. Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına dəstəyini və regional sülhə və sabitliyə olan ortaq sadiqliyimizi yüksək qiymətləndiririk” – İrakli Kobaxidze yazıb.